Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Tramp Kennedinin qətli ilə bağlı məxfi materialları açacağını vəd etdi
Respublikaçıların prezidentliyə namizədi Donald Tramp ölkənin ən yüksək vəzifəsinə seçiləcəyi təqdirdə sui-qəsd cəhdini araşdırmaq üçün prezident komissiyası yaradacağını açıqlayıb. O, eks-prezident Con Kennedinin qətli ilə bağlı qalan sənədləri də dərc edəcək.
Oxu.Az bu barədə news.ru-ya istinadən xəbər verir.
"Və bu, Bobbiyə (kiçik Robert Kennedi - red.) hörmət əlaməti olaraq ediləcək. Bu gecə mən elan edirəm ki, seçiləndən sonra sui-qəsd cəhdlərini araşdırmaq üçün yeni müstəqil Prezident Komissiyası yaradacağam. Onların qarşısında Prezident Con Kennedinin qətli ilə bağlı qalan bütün sənədlərin dərc edilməsi dayanacaq", - deyə Tramp bildirib.
Rəylər