Lisey şagirdi olan və 2009-cu il martın 3-də sevgilisi Cem Qaripoğlu tərəfindən Bahçeşehirdəki villasında boğazı kəsilərək öldürülən 17 yaşlı Münəvvər Karabulutun qatili ilə bağlı yeni faktlar ortaya çıxıb.
Bu barədə Oxu.Az Sondakika.com-a istinadən xəbər verir.
"Cem Qaripoğlunun məzarında kəfən və parça yox idi, sümüklər və kəllə sümüyü səpələnmiş halda idi, cəsədin bütöv şəkildə deyildi. Bu təfərrüat protokollarda da qeyd olundu. Cəsəd bütöv halda olmadığı üçün onsuz da şəxsiyyəti müəyyən etmək faktiki olaraq qeyri-mümkündür, lakin mərhumun hər hansı bir yaxını, Garipoğlu ailəsinin hər hansı üzvü orada olmadığı üçün gəldiyimiz bu nöqtədə yenə də bunun həyata keçirilməsi mümkün olmadı. Orada sadəcə ailənin hüquqşünası olan həmkarımız iştirak etdi.
Bizim müvəkkillərimiz onsuz da çox kədərlidirlər, psixoloji olaraq yeni travmanın öhdəsindən gələ bilməyəcəklərinə görə orada olmamağa üstünlük verdilər. Amma mütləq şəxsiyyətin təyin edilməsi proseduru üçün ölənin yaxınları iştirak etməli idi ki, bu da olmadı. Biz bunu da protokolda yazdıq. Sümük parçaları, kiçik hissələr qaldı, amma böyük olan hissələr və kəllə sümüyü steril qaba qoyularaq Məhkəmə Tibb Ekspertizasına göndərildi. Xüsusilə dişlər araşdırılacaq", - deyə Karabulut ailəsinin vəkili Rezan Epözdemir qeyd edib.
Türkiyədə Karabulutun diri-diri başını kəsən qatilin məzarından çıxanlar: Cem Qaripoğlu sağdır?
Türkiyədə 2009-cu ildə ən dəhşətli qətllərdən olan Münəvvər Karabulut cinayətində araşdırma davam edir.
Sevgilisini vəhşicəsinə qətlə yetirən Cem Qaripoğlunun Üsküdarda yerləşən məzarı açılıb.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Karabulut ailəsinin vəkillərinin "Fethi Kabir proseduru" tələbi Silivri Respublika Prokurorluğu tərəfindən qəbul edilib. Polis qrupları tərəfindən Cem Qaripoğlunun məzarının ətrafına dəmir baryerlər qoyulub.
Ətrafında təhlükəsizlik tədbirləri görülən məzarın açılması prosesi həyata keçirilib. Qəbirdəki cəsəd bütünlüklə çıxarılaraq hərtərəfli araşdırma aparılacaq.
Xatırladaq ki, 2009-cu il martın 3-də lisey şagirdi olan Münəvvər Karabulut sevgilisi Cem Qaripoğlu tərəfindən Bahçeşehirdəki villasında boğazı kəsilərək öldürülüb. 17 yaşlı Karabulutun cansız bədəni parçalanmış şəkildə gitara qutusuna qoyulub və Etiler rayonunda zibil konteynerinə atılıb. Qızın meyiti zibil yığan şəxs tərəfindən aşkar edilib.
O zaman sirlərlə dolu olan bu cinayət Türkiyə ictimaiyyətində böyük hiddət doğurmuşdu və hələ də gündəmdə qalmağa davam edir.
Qeyd edək ki, cəsədin yarılması ilə bağlı hesabatda vəhşicəsinə qətlin qurbanı olan gənc qızın başının sağ ikən bədənindən ayrıldığı bildirilib.
Hadisədə şübhəli bilinən və Türkiyədə tanınmış zəngin ailənin oğlu olan Cem Qaripoğlu qətldən sonra qaçmış və bu qaçış 197 gün davam etmişdi. Cinayətdən 197 gün sonra təslim olan Qaripoğlunun məhkəmə prosesi 18 noyabr 2011-ci ildə onun həbsinə qərar verilməsi ilə başa çatmışdı.
Cem Qaripoğlu 2014-cü il oktyabrın 10-da öz kamerasında ölü tapılmışdı. Onun cəzasını çəkdiyi Silivri 5 saylı L Tipli Qapalı Həbsxanasında özünü asaraq intihar etdiyi iddia olunmuşdu.
Vurğulayaq ki, Münəvvər Karabulutun ailəsi də daxil olmaqla, bir çoxu Cem Qaripoğlunun ölmədiyini, bunun bir qurma oyun olduğunu düşünür.
Rəylər