Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod şəhəri və Belqorod vilayətinə endirdiyi zərbə nəticəsində dörd nəfər ölüb, yeddi nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat verib.
Daha əvvəl Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Belqorodun atəşə tutulması zamanı bir nəfərin öldüyü və yeddi nəfərin yaralandığı barədə məlumat vermişdi. Şəhərdəki yaşayış binalarına, ticarət obyektlərinə və minik avtomobillərinə, eləcə də şəhərdə iki fərdi evə birbaşa zərbələr nəticəsində yanğın qeydə alınıb.
Xatırladaq ki, axşam saatlarında Belqorod şəhəri, Belqorod rayonu, Şebekino şəhəri və Şebekino rayonunda raket təhlükəsi elan edilib.
Rəylər