Yəməndə miqrantları daşıyan qayığın Taiz sahillərində batması nəticəsində 13 nəfər ölüb, 14 nəfər isə itkin düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) "X" hesabında məlumat verilib.
Qeyd olunur ki, ölənlər arasında 11 kişi və 2 qadın var. Həlak olanların cəsədləri Dubab rayonunda Əl-Şura yaxınlığındakı Bab əl-Məndeb sahillərində tapılıb.
BMqT-nin Yəməndəki missiyasının rəhbərinin müavini Mett Huber vurğulayıb ki, son faciə miqrantların bu marşrutda üzləşdiyi təhlükələri açıq şəkildə xatırladır.
Rəylər