Ukrayna Prezidenti Volodimir Zelenski Nikolay Oleşuku Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin (HHQ) komandiri vəzifəsindən azad edib.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının saytında məlumat verilib.
Zelenski daha sonra Oleşukun işdən çıxarılmasına münasibət bildirib.
"Mən Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandirini əvəz etmək qərarına gəldim. Mən bütün hərbi pilotlarımıza, mühəndislərimizə, mobil atəş qruplarının əsgərlərinə, hava hücumundan müdafiə üzvlərinə sonsuz minnətdaram. Bu, komanda səviyyəsində də lazımdır - biz güclənməliyik və insanların qayğısına qalmalıyıq", - Zelenski vurğulayıb.
Qeyd edək ki, HHQ komandirinin işdən çıxarılması avqustun 26-da Ukraynaya məxsus F-16 qırıcısının qəzaya uğraması fonunda baş verib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandiri səlahiyyətlərini müvəqqəti olaraq Anatoli Krivonojko icra edəcək.
Rəylər