Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ceyranbatan su anbarına kanalizasiya axıdılır? - AÇIQLAMA
Xırdalan şəhəri, Quşçuluq massivi, Həsən Əliyev küçəsi, 38 ünvanında yağış kanalizasiya sularının daşmasına səbəb olub. Daşan kanalizasiya suları isə Ceyranbatan su anbarına tökülür.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən şəxs video təqdim edib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi isə ərazi sakininin iddiasını təkzib edib:
"Kadrlardan da görünür ki, yığılan yağış sularıdır. Göllə suyun töküldüyü yer arasında böyük bir torpaq bənd var. Yəni axan suların gölə qarışma ehtimalı yoxdur. Yağış zamanı axan sular Ceyranbatan gölünün qırağında nasosxanaya toplanır, oradakı stansiya vasitəsilə Xırdalanın çirkab su xətlərinə ötürülür".
Rəylər