Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsi çərçivəsində Fransa və Belçika yığmalarının görüşü başa çatıb.
Oxu.Az xəbər verir ki, qarşılaşmada yeganə qolu 85-ci dəqiqədə belçikalı oyunçu Vertongen öz qapısına vurub - 1:0.
Beləliklə də, Fransa yığması Avropa çempionatının 1/4 final mərhələsinə yüksəlib. Onun rəqibi Portuqaliya - Sloveniya cütünün qalibi olacaq.
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin oyunları çərçivəsində üz-üzə gələn Fransa və Belçika yığmalarının görüşü başlayıb.
Oxu.Az xəbər verir ki, qarşılaşma Düsseldorfdakı "Merkur Şpil Arena"da keçirilir.
Qeyd edək ki, görüşü isveçli baş hakim Qlenn Nyuberq idarə edir.
AVRO-2024: Fransa növbəti 1/4 finalçı olub
Rəylər