Bu gün AVRO-2024-də 1/8 final mərhələsinin növbəti oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, pley-offun ikinci günü Helzenkirhendə başlayıb.
İngiltərə millisi Slovakiya ilə üz-üzə gəlib. Uzun müddət hesabda geridə olan ingilislər 90+5-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Cud Bellingem sensasiyaya imkan verməyib. Əlavə vaxtın ilk dəqiqəsində Keyn ikinci topu Slovakiyanın qapısından keçirib və komandası 1/4 finala yüksəlib.
Qeyd edək ki, günün digər matçında İspaniya ilə Gürcüstan qarşılaşacaq.
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində günün ilk - İngiltərə - Slovakiya matçı start götürüb.
Oxu.Az xəbər verir ki, qarşılaşma Helzenkirhen şəhərindəki "Feltins Arena"da keçirilir.
Qeyd edək ki, matçı türkiyəli referi Halil Umut Meler idarə edir.
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində günün ilk - İngiltərə - Slovakiya matçı start götürüb.
Rəylər