İsveçin AIK klubunun futbolçuları xərçəng xəstəliyi diaqnozu qoyulan kapitanları Markus Hermana görə saçlarını qırxıblar.
Oxu.Az xəbər verir ki, bu barədə klubun rəsmi səhifəsi paylaşım edib.
Paylaşımda futbolçuların bu addımının kapitana böyük dəstək olduğu vurğulanıb.
"Xərçənglə mübarizədə həmrəyik. Gündəlik həyatını asanlaşdırmaq və xərçənglə mübarizəsinə töhfə vermək ümidi ilə Herman üçün ianə yığırıq. Böyük və ya kiçik olan bütün töhfələr fərq yaradır".
Rəylər