Norveç Müdafiə Qüvvələri Arktikada təlim keçmiş dağ qoşunlarını Finlandiya Laplandiyasına yerləşdirməyi planlaşdırır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, qoşun yerləşdirmə hazırlığı Finlandiya Prezidenti Alexander Stubb tərəfindən təsdiqlənib.
Məsələ ilə bağlı müzakirələrin oktyabr ayında Stubbun Norveçə səfəri zamanı aparılması gözlənilir.
Xatırladaq ki, avqustun 7-də İsveç Parlamentinin Müdafiə Komitəsinin sədri Peter Hultqvist İsveç müdafiə qüvvələri və hökumətinin NATO əməkdaşlığı çərçivəsində Finlandiya Laplandiyasında qoşun yerləşdirməyə hazırlaşdıqlarını açıqlayıb.
Rəylər