Norveç Xarici İşlər Naziri Espen Bart Eyde Türkiyəyə qarşı 2019-cu ildən tətbiq olunan silah embarqosunun ləğv ediləcəyini bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçeli özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Onun sözlərinə görə, Norveç naziri bu qərar barədə türkiyəli həmkarı Hakan Fidanla telefon danışığı zamanı məlumat verib.
"Nazir Fidan öz növbəsində bu qərardan məmnunluğunu ifadə edib və bu cür məhdudlaşdırıcı tədbirlərin tərəfdaşlıq ruhuna uyğun olmadığını vurğulayıb", - deyə Keçeli qeyd edib.
Rəylər