Fransa millisinin ulduz futbolçusu Kilian Mbappe AVRO-2024-ün 1/4 final mərhələsində Portuqaliya ilə görüşdən sonra Kriştianu Ronaldunun ailəsini ziyarət edib.
Məlumata görə, fransalı ulduz hücumçu Ronaldunun anası ilə görüşüb və şəkil çəkdirib.
Kilian Mbappe Ronaldunun anasına: "Mən hər şeyimi Kriştianuya borcluyam. O olmasa idi, mən bu qədər əzmkarlıq nümayiş etdirə bilməzdim", - deyib.
Qeyd edək ki, Fransa millisi yarımfinalda İspaniya ilə üz-üzə gələcək.
Mənbə: Goal.com
Rəylər