Ötən gecə "Qarabağ"ın UEFA Avropa Liqasının əsas mərhələsinin "Tottenhem"lə ilk matçı (0:3) təyin edilən vaxtdan gec start götürüb.
Oxu.Az xəbər verir ki, məşhur idman jurnalisti və insayder Fabritsio Romano sosial şəbəkə hesablarında "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanovun bu səbəbdən çox əsəbiləşdiyini qeyd edib və onun məsələ ilə bağlı fikirlərini bölüşüb:
"İki saat yarımdan çox tıxacda qaldığınızı təsəvvür edin. Bu, baş verməməli idi. Bizi stadiona qədər müşayiət edəcək polis də yox idi. Rəqibimiz güclü komandadır. Stadiona çatan kimi matça başlayacağımızı söylədilər. Lazımi qədər hazır deyildik. Futbolda belə məsələlər olmamalıdır".
Matç Bakı vaxtı ilə saat 23:35-də start götürüb. Lakin öncədən 23:00-da başlanacağı nəzərdə tutulmuşdu.
Rəylər