Türkiyə nəhəngi "Qalatasaray" klubu "Sevilya"nın sabiq müdafiəçisi Serxio Ramosla danışıqlara başlayıb.
Oxu.Az xəbər verir ki, təcrübəli müdafiəçi karyerasını Türkiyədə davam etdirmək istəyindədir.
Tərəflər artıq müqavilənin şərtlərini razılaşdırmaq üçün görüş təşkil ediblər.
Qeyd edək ki, Serxio Ramos "Qalatasaray" klubundan minimum ikiillik müqavilə və 10 milyon avro maaş tələb edib.
Xatırladaq ki, "Qalatasaray" daha öncə dünyaca məşhur hücumçu Viktor Osimheni də heyətinə qatmışdı.
Rəylər