Karate üzrə ukraynalı Olimpiya mükafatçısı, Avropa çempionu və II Avropa Oyunlarının qalibi Stanislav Qoruna da ordu sıralarına qoşulub.
Oxu.Az xəbər verir ki, o bu gün – 32 yaşının tamam olduğu ad günündə ingilis və Ukrayna dillərində video müraciət yayıb.
O, müraciətində Ukrayna Milli Bankına ordu və xalqa yardım üçün ianələr göndərilməsini xahiş edib.
Karate üzrə ukraynalı Olimpiya mükafatçısı, Avropa çempionu və II Avropa Oyunlarının qalibi Stanislav Qoruna da ordu sıralarına qoşulub.
Qeyd edək ki, döyüş sıralarına qoşulanlar arasında Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq futbolçusu, Azərbaycan əsilli Aleksandr Əliyev də var.
Xatırladaq ki, Stanislav Qoruna 75 kq çəki dərəcəsində beşqat dünya çempionu Rafael Ağayevin əsas rəqiblərindən biri sayılır.
Səbuhi Musa
Rəylər