Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) "Sabah" klubunun inzibatçısı Aslan Surxayzadəni 6 oyunluq cəzalandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Buna klub rəsmisinin Gənclər Liqasında keçirilən "Sabah" - "Qarabağ" görüşündə rəqib oyunçunu vurması səbəb olub.
Aslan Surxayzadə 3-ü şərti olmaqla 6 oyunluq cəzalandırılıb.
Rəylər