Süni intellekt Türkiyə Superliqasında 2024-2025 mövsümündə hansı klubun çempion olacağını açıqlayıb.
Oxu.Az xəbər verir ki, "Qalatasaray" klubu mövsümü 92 xalla lider olaraq tamamlayacaq. "Sarı-qırmızılar"ın çempionluq ehtimalı isə 66.9 faizə bərabərdir.
Süni intellektin hesablamalarına görə, "Fənərbağça" klubu mövsümü 88 xalla ikinci pillədə başa vuracaq. "Sarı-lacivərdlər"in çempionluq şansı 28.1 faiz nisbətindədir.
İlk üçlüyü isə digər İstanbul nəhəngi "Beşiktaş" tamamlayır. "Ağ-qaralar"ın mövsümü 78 xalla başa vuracağı ehtimal olunub - klubun çempionluq şansı cəmi 5.0 faiz olaraq göstərilib.
Qeyd edək ki, "Adana Demirspor" klubunun isə bu mövsüm 18 xal toplayaraq autsayder olacağı bildirilib.
Rəylər