Belarusun Jabinka şəhərində keçirilən yeniyetmə boksçular arasında beynəlxalq turnirə yekun vurulub.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisi yarışı 7 medalla başa vurub.
Bütün rəqiblərinə qalib gələn İmran Axundov (52 kq), Şahin Aslanov (60 kq) və Səfdər Məmmədzadə (+80 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nihat Qasımovla (50 kq) Haqverdi Həsənov (63 kq) gümüş, Sübhan Babayev (57 kq) və Əflatun İsmiyev (54 kq) isə bürünc medal qazanıblar.
Rəylər