İqtisadiyyat naziri Mikayıl Cabbarov tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik edib.
Nazir bu barədə "X" hesabında paylaşım edib.
"İyunun 17-də ölkəmizin tibb işçilərinin peşə bayramı qeyd edilir. Sosial inkişafa töhfə verən və sağlamlığımızın keşiyində dayanan bütün tibb işçilərini ürəkdən təbrik edir, fədakar və məsuliyyətli işlərində uğurlar arzulayırıq", - M.Cabbarov qeyd edib.
17 iyun ölkəmizin tibb işçilərinin (@healthgovaz) #peşəbayramı qeyd edilir. Sosial inkişafa töhfə verən və sağlamlığımızın keşiyində dayanan bütün tibb işçilərini ürəkdən təbrik edir, fədakar və məsuliyyətli işlərində uğurlar arzulayırıq. pic.twitter.com/4bxbqb37J1
— Mikayil Jabbarov (@MikayilJabbarov) June 17, 2024