Şirvan Apellyasiya Məhkəməsində arvadını öldürməyə cəhddə təqsirləndirilən X.Abasovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə ötən il Saatlı rayonunda qeydə alınıb.
Belə ki, olaydan əvvəl X.Abasov ondan ayrı yaşayan arvadı, zərərçəkmiş M.Abasova onunla olan nikah qeydinin pozulması ilə əlaqədar Sabirabad 1 saylı Mediasiya təşkilatına müraciət edib. Təqsirləndirilən şəxs də qadının ona xəyanət etməsindən şübhələnib və qısqanclıq zəminində onu öldürmək qərarına gəlib. Sonra o, azyaşlı övladının gözləri qarşısında arvadının bir əli ilə boğazından tutaraq evin yataq otağının divarına söykəyib, əlində olan mətbəx bıçağı ilə ümumilikdə 15 zərbə endirib. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Abasov 14 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.