Dövlət Təhlükəsizliyi Xidmətinin( DTX) keçirdiyi əməliyyat zamanı həbs edilən Neftçala Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Telman Zahidov məhkəməyə müraciət edib.
"Report"xəbər verir ki, sabiq baş həkim müraciətində saxlandığı ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsini istəyib.
Onun müraciətinə yaxın günlərdə Xəzər Rayon Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Telman Zahidov 2020-ci ildə DTX-nin Neftçalada keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, mənimsəmədə, vəzifə səlahiyyətlərini aşmada təqsirləndirilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsində onun cəzası 6 ilə, Ali Məhkəmə tərəfindən isə cəzası 5 il 6 aya endirilib.
Telman Zahidovun bir il çəkilməmiş cəzası qalıb.
Rəylər