Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerlikdə şübhəli bilinən şəxsdən 22 kiloqram marixuana aşkar olunub.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə ötən gün keçirdiyi əməliyyat nəticəsində Qafarzadə Rövşən Sakit oğlu Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində saxlanılıb.
“Onun üzərindən 22 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və 1 240 ədəd metadon həbi aşkarlanıb. R.Qafarzadə narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Vəlixan” adlı şəxsin göstərişi ilə Lənkəran rayonu ərazisindən əldə etdiyini bildirib. O, həmin narkotik maddələri götürüb deyiləcək yerə qoyaraq bu narkokuryerliyinin müqabilində 3 000 manat əldə edəcəkmiş”, - məlumatda bildirilib.
Lənkəranda ƏMƏLİYYAT: 22 kiloqram narkotik aşkar olunub - VİDEO
Rəylər