"Honda" şirkəti yeni "Passport TrailSport" krossoverinin tezliklə çıxacağını xatırladıb.
Oxu.Az-ın "Tarantas News"a istinadla verdiyi məlumata görə, yaponlar modelin sınaqlarından kamuflyajda çəkilmiş görüntülərini paylaşıblar.
Yeni krossover haqqında hələlik az məlumat var. "Passport" 3.5 litr həcmli V6 mühərrikini saxlayacaq, lakin onun gücü hazırkı 284 at gücündən artıq olacaq. Avtomatik ötürmələr qutusunda bir pillə artıq - 9 əvəzinə 10 olacaq.
"Honda Passport"un yeni nəslinin premyerası bu payızda gözlənilir. Avtomobilin qlobal bazara gələn il satışa çıxarılacağı gözlənilir.