Müğənni Britni Spirs evdə buxarını yandırarkən yanıq xəsarətləri alıb.
Oxu.Az-ın məlumatına görə, o, bu barədə özünün "Instagram" hesabında danışıb.
Spirsin sözlərinə görə, hadisə altı ay əvvəl olub. O, öz otağında buxarını yandırmaq istəyib, lakin buxar onun üzünə "partlayıb". Alov onun kirpiklərini və qaşlarını, həmçinin başındakı saçların bir hissəsini yandırıb.
Spirs təcili yardım şöbəsinə müraciət etmədiyini bildirib.
"Telefona toxunmaq da, üzə buz qoymaq da ağrılı idi", - deyə o, baş verənləri xatırlayıb.
Spirsin sözlərinə görə, narahatlıq altı-yeddi saat çəkib.
Hazırda o, özünü yaxşı hiss etdiyini və yeni layihəsi - bioqrafik müzikl üzərində işlədiyini bildirib.
Rəylər