Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan Ekologiya Nazirliyi və "AZCHEMCO"nun innovativ layihəsi COP29-da təqdimata hazırdır
Dünya əhəmiyyətli beynəlxalq layihə olan COP29-un başlanmasına sayılı günlər qalıb. COP29-un iştirakçısı olan, şoran torpaqların bərpası və aqrar sektorda innovativ texnologiyaları təmsil edən "AZCHEMCO" şirkətinin pavilyonunun hazırlığı da başa çatmaq üzrədir.
Oxu.Az xəbər verir ki, şirkətin Yaşıl zonada 50 kvadratmetr sahəsi olan pavilyonu var ki, burada şirkətin aqrokimyəvi məhsulları və maye gübrələri, həmçinin onların istifadə texnologiyası əyani şəkildə təqdim olunacaq. Qeyd etmək lazımdır ki, 11-22 noyabr tarixlərində keçiriləcək qlobal konfrans çərçivəsində pavilyonda müxtəlif tədbirlər keçiriləcək. Şirkət rəhbərliyindən əlavə, pavilyonda ABŞ-nin Azərbaycandakı sabiq səfiri Metyu Brayza, "AZERBAZALT"ın prezidenti və təsisçisi Rafət Əliyev, "Greater Caspian Region"un prezidenti Murat Seitnepesov, "XP Group"un biznesin inkişafı üzrə direktoru Adrian Stayçu və digərləri çıxış edəcəklər.
Xatırladaq ki, bu ilin aprelində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan Landşaft Quruculuğu və Yaşıllaşdırma" ASC ilə "AZCHEMCO" arasında əməkdaşlıq Memorandumu imzalanıb. Tərəflərin altı ay ərzində apardığı layihə noyabrın əvvəlində uğurla başa çatıb və COP29-da geniş ictimaiyyətə təqdim olunacaq. "Intertek" beynəlxalq şirkətinin nəticələrinə görə, şirkət torpağın şoranlıq göstəricisini 3.2-dən 0.3-ə, elektrik keçiriciliyi göstəricisini isə 9140-dan 291-ə endirməyə nail olub.
Şirkət Yaşıl zonada yerləşən pavilyona (B18) baş çəkmək və birlikdə yeni ekoloji təmiz gələcəyə doğru addım atmaq üçün bütün arzu edənləri dəvət edir.
"COP29" teqi üzrə xəbərlər
- COP: Bakıdan əvvəl və sonra
- COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər
- Deputat: "Qərb təbliğat maşınının COP29-dan sonra nəsə deməsi "karvan" məsələsinə bənzəyir"
- Aqil Ələsgər səkkiz ölkənin mediasına COP29 barədə danışdı
- COP29 üzərindən Azərbaycanın qaralanması niyə alınmadı?