Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Qərbi Azərbaycana qayıdışla bağlı xüsusi nümayəndələrin təyin olunması təklif edilir
"Qərbi Azərbaycana qayıdış xarici qeyri-hökumət təşkilatları və beynəlxalq qurumlar vasitəsilə bütün dünyada aktuallaşdırılmalıdır".
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentdə keçirilən "Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış" mövzusunda dinləmədə deyib.
O, Qərbi Azərbaycana Qayıdış üzrə təşəbbüs qrupunun bununla bağlı iş aparan xüsusi nümayəndələrinin təyin olunmasını təklif edib:
"Fikrimcə, təşəbbüs qrupunun məruzəçisi təyin olunmalı və Qərbi Azərbaycanda törədilən vandalizm cinayətləri sistemləşdirilməlidir. Məruzəçi bu fakt və materialları xarici ölkələrə, parlamentlərə və QHT-lərə təqdim etməlidir".
"Eyni zamanda, Qərbi Azərbaycana qayıdışla bağlı xüsusi nümayəndə seçilə bilər. Bu məsələni beynəlxalq paktlar, konvensiyalar və digər sənədlərə istinad edərək daim gündəmdə saxlamaq, sırf bunun təbliğatı ilə məşğul olmaq mümkündür", - A.Quliyev bildirib.
"Böyük Qayıdış" teqi üzrə xəbərlər
- Növbəti köç karvanı Şuşaya çatıb, mənzillərin açarları təqdim olunub
- Keçmiş məcburi köçkün: "Öz yurdunda yaşayıb-yaratmaq hissləri bir başqadır"
- Şuşa sakini: "Minlərlə insan doğma şəhərini görmək arzusu ilə həyatdan köçdü"
- Azər Əmiraslanov: "Büdcə zərfi dövlət müstəqilliyini qoruyan maliyyə sənədidir"
- Cəbrayıla köçən 34 ailəyə mənzillərinin açarları təqdim olundu