Rusiya Daxili İşlər Nazirliyi ölkə ərazisində qanunsuz olan əcnəbi vətəndaşların xüsusi reyestrinin yaradılmasına başlayıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Kommersant" nəşrinə müsahibəsində Rusiya DİN-in birinci müavini Aleksandr Qorovoy məlumat verib.
General-polkovnik vurğulayıb ki, reyestrə daxil edildikdən sonra qeyri-qanuni miqrantlar ciddi məhdudiyyətlərlə üzləşəcəklər.
"Onlar nəqliyyat vasitələrini idarə edə, bank xidmətlərindən istifadə edə, əmlak qeydiyyatından keçə, nikah bağlaya və poza, uşaqları uşaq bağçalarına və məktəblərə qeydiyyatdan keçirə bilməyəcəklər", - deyə Qorovoy bildirib.
Layihənin səmərəli həyata keçirilməsi üçün DİN yuxarıdakı xidmətləri göstərən təşkilatlarla idarələrarası elektron qarşılıqlı əlaqə qurmağı planlaşdırır.
Nazirlik, həmçinin Rəqəmsal İnkişaf Nazirliyi və daxili işlər orqanlarının texniki xidmətlərinin köməyinə ümid edir.
Rəylər