Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycana qanunsuz gətirilən kompüter, planşet və mobil telefonlar aşkarlanıb
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları kompüter, planşet, səsgücləndirici və müxtəlif markalı mobil telefon aksesuarlarının qanunsuz yolla ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
Oxu.Az bildirir ki, bu barədə komitənin Mətbuat Xidmətinin məlumat yayıb.
Qeyd olunur ki, qurumun Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat Şöbəsinə daxil olmuş məlumat əsasında şirkət ünvanına göndərilmiş mallara gömrük bəyannaməsi sərbəst dövriyyəyə buraxıldıqdan sonra baxış keçirilib.
Bu zaman bəyannamədə qeyd olunmayan və qutularla eynilik təşkil etməyən, digər malların zahiri görünüşündən istifadə etməklə gizlədilən altı ədəd "Apple iPad Pro" markalı planşet, 26 ədəd "Apple MacBook" markalı kompüter, 15 ədəd "Apple" markalı yükləyici, 500 ədəd müxtəlif markalı mobil telefonlara məxsus ekran və 10 ədəd batareya, 100 ədəd "JBL GO3" markalı səsgücləndirici aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
"Dövlət Gömrük Komitəsi (DGK)" teqi üzrə xəbərlər
- 20 milyon manatdan çox vəsaiti ölkəyə qaytarmayan vəzifəli şəxslər - ADLAR
- Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər
- Azərbaycan-Türkiyə sərhədində yük maşınlarının sıxlığı yarandı
- Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar
- Azərbaycan avtomobil idxalını azaldıb
Rəylər