"İsmayıllıda elektrik enerjisinin verilişi artıq bərpa olunub".
Bunu Oxu.Az-a açıqlamasında "Azərişıq" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib.
"İntensiv yağan yağışlar nəticəsində Yevlax və Mingəçevir şəhərlərində bəzi ərazilərin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumatlar daxil olub".
Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti verib.
Bildirilib ki, FHN-in Aran və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunublar:
"Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış ərazilərdə suçəkmə və digər təxirəsalınmaz tədbirlər, o cümlədən köməksiz vəziyyətdə qalan vətəndaşların təxliyə işləri həyata keçirilir".
"Azərişıq" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yağan leysan yağışları nəticəsində əsasən ağacların xətlərin üzərinə aşması nəticəsində bəzi yerlərdə qəzalar olub:
"Gecədən bütün qəza xidmətləri iş başında olub. Dərhal qəzaların aradan qaldırılması istiqamətində işə başlanılıb. Mingəçevirdə səhər saat 07:10-da qəzalar tam aradan qaldırılıb və bütün hər yerdə işıq var. İsmayıllıda isə iki kənddə hazırda işıq yoxdur. Qəza xidməti işləyir, bir saat ərzində onlara da elektrik enerjisinin verilməsi bərpa ediləcək".
Leysandan sonra bölgələrdə vəziyyət necədir? - RƏSMİ AÇIQLAMA
Bu gecə respublikanın bir çox ərazilərində, xüsusən də İsmayıllı, Qəbələ və Mingəçevirdə leysan yağışları yağıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə yayımlanıb.
Qeyd olunub ki, leysan yağışları nəticəsində İsmayıllıda elektrik enerjisinin verilməsində fasilələr yaranıb, 20-ə yaxın kəndə elektrik enerjisi fasilələrlə verilir.
Məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanladıq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Oxu.Az-a açıqlamasında qeyd edib ki, xidmət göstərdikləri ərazilərdən yalnız İsmayıllı-Lahıc yolunda problem yaranıb.
"Orada qaya parçaları yola tökülüb. Hazırda ərazidə təmizlənmə işləri aparılır, amma hərəkət hər iki istiqamətdə bərpa olunub. Ağsu-İsmayıllı yolunda da bir neçə gündür ki, leysan yağışları yağdığı üçün qısamüddətli problemlər olur, amma ərazidə tikinti aparıldığı üçün orada texnikalarımız var və bu səbəbdən tez bir zamanda problem aradan qaldırılır".
"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yağan leysan yağışları içməli su ilə bağlı hələ ki heç bir problem yaratmayıb, vəziyyət normaldır.
Əzizə İsmayılova
Güclü sel Qəbələ rayonunda fəsadlar törədib.
"Qafqazinfo" xəbər verir ki, sel suları rayonun Əmirvan kəndi yaxınlığından keçən Dəstəmaz çayı üzərindəki körpünü aparıb. Nəticədə körpü tamamilə yararsız hala düşüb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Leysandan sonra bölgələrdə vəziyyət necədir? - RƏSMİ AÇIQLAMA
Dünən gecə saatlarında başlayan güclü leysan yağışları İsmayıllıda bəzi fəsadlara səbəb olub.
APA xəbər verir ki, güclü leysan yağışları nəticəsində rayonda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Hazırda 20 kəndə elektrik enerjisi fasilələrlə verilir.
Bir sıra kəndlərdə isə enerji verilişi dayanıb.
Bundan başqa, Lahıc kənd yolunda gediş-gəlişdə problemlər yaranıb. Hazırda selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Rəylər