ABŞ-də tornado səbəbindən bir gecədə 20-yə yaxın insan həlak olub.
Bu barədə yerli mediada xəbər verilib.
Bildirilir ki, qasırğa ölkənin, əsasən, üç ştatını - Texas, Oklahoma və Arkanzası vurub.
Məlumatda deyilir ki, həlak olanlardan dördü uşaqdır. Yaralıların sayı dəqiqləşdirilir.
Meteoroloqlar isə Missisipi, Ohayo və Tennessi çaylarının orta vadilərinin iri dolu və şiddətli tornado riski altında olduğu barədə xəbərdarlıq ediblər.
Qeyd edək ki, bazar günü Texasın Denton, Kollin, Kuk və Monteq dairələri fəlakət bölgələri elan edilib, nəticədə onların sayı 106-ya çatıb. Fırtınalar ştatda aralarında uşaqlar olmaqla yeddi nəfərin ölümünə və azı 100 nəfərin yaralanmasına səbəb olub. Bundan əlavə, 200-dən çox ev və digər tikililər tamamilə dağılıb, daha 120-nə ziyan dəyib.
ABŞ-də tornadoya görə, bir gecədə 20-yə yaxın insan həlak olub.
Mənbə: "PulN3" "Telegram" kanalı