Fələstin Prezidenti Mahmud Abbas Rusiyaya gözlənilən səfəri barədə açıqlama verib.
Oxu.Az "RIA Novosti"yə istinadən xəbərinə görə, bu barədə o, sayta müsahibəsində danışıb.
Mahmud Abbasın sözlərinə görə, səfərin məqsədi cari beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparmaq, mövqelərin əlaqələndirilməsi və ikitərəfli münasibətlərin gücləndirilməsidir.
"Səfərimizin əsas məqsədi Fələstin və beynəlxalq arenada baş verən son hadisələrlə bağlı məsləhətləşmələr və fikir mübadiləsi aparmaq, mövqeləri əlaqələndirmək və bütün sahələrdə, xüsusən də Rusiyanın dünya siyasətində, BMT Təhlükəsizlik Şurasında, həmçinin Yaxın Şərq regionunda mühüm yer tutduğunu nəzərə alaraq, ikitərəfli əlaqələri gücləndirməkdir", - deyə o qeyd edib.
Abbas, həmçinin əlavə edib ki, ölkələr arasında güclü tarixi əlaqələr var.
Diplomatik dairələrdəki mənbə bildirib ki, Abbasın Rusiyaya səfəri avqustun 12-14-nə planlaşdırılıb və o, 13-də Rusiya Prezidenti Vladimir Putinlə görüşə ümid edir.
Abbasın səfəri İsrailin Qəzza zolağındakı əməliyyatı fonunda baş verir. O, Moskvanın Fələstin-İsrail münaqişəsinin həlli və barışığın təşviqi səylərindəki rolunu yüksək qiymətləndirib.
Rəylər