Gürcüstanda parlament seçkisində səslərin sayılması prosesi başa çatıb.
Oxu.Az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
Qeyd edilir ki, 3 111 məntəqədən 3 110-nun bülletenlərinin nəticələrinə əsasən hakim "Gürcü Arzusu" Partiyası 53,92 % səs toplayıb.
Dörd müxalifət partiyaları cəmi 37,78 % səs yığa bilib. Onlardan "Dəyişiklik Koalisiyası" 11,04 %; "Vahidlik - Milli Hərəkat" 10,16 %; "Güclü Gürcüstan" 8,81 %; "Qaxariya - Gürcüstan naminə" Partiyası isə 7,77 % səs yığıb.
Marneulidəki 69 saylı məntəqədə kütləvi bülleten atılması hadisəsi baş verdiyi üçün səsvermənin nəticələri ləğv edilib.
Rəylər