"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS alyansına qoşulmaq istəyir və alyansın 16-cı sammiti ərəfəsində üzvlük üçün müraciət edib. Lakin hələlik bu mümkün olmayacaq".
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə türkiyəli keçmiş diplomat Sinan Ülgen "Bild" nəşrinə bildirib.
Onun sözlərinə görə, Hindistan Türkiyənin BRICS-ə daxil olmasına mane olur. Səbəb isə Ankaranın Hindistana düşmən olan Pakistan ilə yaxşı münasibətləridir.
Xatırladaq ki, BRICS üzv dövlətlərinin başçıları Kazanda (Rusiya Federasiyası) keçirilən sammitdə birliyə yeni üzvlərin qəbul edilməməsi və bəzi ölkələrə birliyin tərəfdaş statusunun verilməsi barədə qərar qəbul ediblər.
Rəylər