İsrailin Dəməşqin Mezza rayonuna hava hücumu nəticəsində "Hizbullah"ın keçmiş lideri Həsən Nəsrullanın kürəkəni Həsən Cəfər həlak olub.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Misirin "Al-Youm as-Sabia" informasiya portalı xəbər yayıb.
Bildirilib ki, "Hizbullah" hələlik bu məlumatı şərh etməyib.
Qeyd edək ki, Suriya Müdafiə Nazirliyi İsrail silahlı qüvvələrinin Mezza rayonunda yaşayış evinə zərbə endirdiyini bildirib. Məlumata görə, üç mülki şəxs həlak olub, daha üç nəfər xəsarət alıb.
"Al Hadath" xəbər verib ki, zərbənin hədəfi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələri ola bilərdi.
Rəylər