İsveçrə Milli Şurasının (parlamentin böyük palatası) deputatları Fələstin dövlətinin tanınması təklifini dəstəkləməyiblər.
Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Fələstinin tanınması lehinə 61, əleyhinə isə 131 səs verilib.
"Milli Şura Fələstini tanımaq istəmir. Şura Sürixdən olan Sosial Demokrat Partiyasının (SDP) deputatı Fabian Molinanın irəli sürdüyü müvafiq təşəbbüsü rədd edib", - deyə məlumatda bildirilib.
Mənbə: TASS