Orano şirkəti İmuraren mədənində uranın işlənməsi hüququnu itirmək riski ilə üzləşir, çünki müqavilənin müddətini uzatmaq üçün Niger hakimiyyəti ilə razılığa gəlməyib.
Belə ki, Niger Fransa nüvə şirkətinin aktivinin işlənməsi planını rədd etdikdən sonra iyunun 19-dan etibarən Orano SA dünyanın ən böyük yataqlarından birində uran hasilatı hüququnu itirə bilər.
Qeyd edək ki, İmuraren dünyanın ən böyük uran yataqlarından biridir, ehtiyatları 200 min ton qiymətləndirilir. Orano İmurarendə əksər səhmlərə sahibdir, Nigeriyanın Sopamin SA isə qalan 33,35%-ə nəzarət edir.
Mənbə: TASS