"Niger ölkə ərazisində tam təchizatlı Rusiya hərbi bazasını yerləşdirməyə hazırdır".
Bu sözləri "İzvestiya" nəşrinə müsahibəsində Rusiyanın Afrika respublikasındakı fəxri konsulu Addo İro deyib.
Onun sözlərinə görə, ölkə bununla terror aktlarının sayını azaltmaq niyyətindədir.
Xatırladaq ki, iyunun 8-də Niamey və Vaşinqton ABŞ qoşunlarının ölkə ərazisindən çıxarılmasına başlanması barədə bəyanat veriblər. ABŞ kontingentinin çıxarılması ilə bağlı razılıq mayın ortalarında əldə olunub.
Keçən il, Niger Prezidenti Mohamed Bazumun prezident qvardiyasının rəisi Abdurahman Tçiani tərəfindən devrilməsindən əvvəl ABŞ qoşunları respublika qoşunları üçün təlim və kəşfiyyat əməliyyatları həyata keçiriblər. Mart ayında Niger ABŞ ilə hərbi müqaviləni ləğv edib və nəticədə Afrika ölkəsinin şimalında ABŞ PUA bazası yaradılıb. Respublika hakimiyyəti müqavilənin məcburi olduğunu və xalqın maraqlarına cavab vermədiyini bildirib.
Rəylər