Nepalda son 16 gündə musson yağışları və tufanların yaratdığı torpaq sürüşmələri, ildırım çaxması və daşqınlar nəticəsində azı 28 nəfər ölüb.
Qeyd olunub ki, təbii fəlakət ölkənin 77 rayonundan 33-nə ziyan vurub, 14 nəfər sürüşmə, 13 nəfər isə ildırım vurması nəticəsində ölüb. Bir nəfər daşqın nəticəsində boğulub, 24 nəfər xəsarət alıb.
Milli Fəlakət Riskinin Azaldılması İdarəsinin nümayəndəsi Dijan Bhattarainin verdiyi məlumata görə, ən çox insan tələfatı iyunun 25 və 26-da qeydə alınıb. Həmin günlərdə doqquz nəfər ildırım vurması, doqquz nəfər isə torpaq sürüşməsi nəticəsində ölüb.
Xatırladaq ki, Nepalda güclü musson yağışları iyunun 10-da başlayıb. Bu müddət ərzində təbii fəlakətlərlə bağlı ümumilikdə 147 hadisə qeydə alınıb.
Mənbə: "Himalayan Times"
Rəylər