Rusiya Prezidenti Vladimir Putin nüvə silahından istifadə şərtlərinin müəyyənləşdirilməsinə bir sıra dəyişikliklərin edilməsini təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə Kremlin "Telegram" kanalında məlumat verilib.
Dəyişikliklərə əsasən nüvə çəkindirməsinin həyata keçirildiyi dövlətlərin və hərbi ittifaqların kateqoriyası genişləndirilir.
Həmçinin, bundan sonra hər hansı nüvə dövlətinin iştirakı və ya dəstəyi ilə qeyri-nüvə dövlətinin Rusiyaya qarşı təcavüzünün onların birgə təcavüzü hesab edilməsi təklif olunur.
Rəylər