Rusiya Prezidenti Vladimir Putin strateji nüvə çəkindirmə qüvvələrinin təlimini keçirib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Təlimlər zamanı nüvə raketləri buraxılışları məşq edilib.
Putin vurğulayıb ki, nüvə silahından istifadə ölkənin təhlükəsizliyini təmin etmək üçün vacib tədbirdir və Rusiya silahlanma yarışına qoşulmaq niyyətində deyil.
Təlim zamanı dövlət başçısı Kremldəki idarəetmə mərkəzində olub.
"Artan geosiyasi gərginliyi, yeni xarici təhdidlərin və risklərin meydana çıxmasını nəzərə alaraq, daim döyüşə hazır olan müasir strateji nüvə qüvvələrinin olması vacibdir", - deyə Putin qeyd edib.
Rəylər