Rusiya ordusu Kursk vilayətində təxminən 10 yaşayış məntəqəsini azad edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, "Axmat" xüsusi təyinatlı dəstəsinin komandiri general-mayor Aptı Alaudinova istinadla xəbər verib.
"Vəziyyətimiz yaxşıdır. Kursk istiqamətinin sağ cinahında bölmələrimiz hücuma keçiblər. Dünəndən bu istiqamətdə ümumilikdə Kursk vilayətinin təxminən 10 yaşayış məntəqəsi azad edilib", - deyə o bildirib.
Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Silahlı Qüvvələri Kursk vilayətində Snaqost, Apanasovka, Qordeyevka və 10-cu Oktyabr yaşayış məntəqələrini azad edib. Bildirilirdi ki, Rusiya əsgərləri bu kəndlərdə Ukrayna Silahlı Qüvvələrindən təmizləmə əməliyyatına başlayıblar.
Həmçinin vurğulanıb ki, Ukrayna hərbçilərinin bir hissəsi Korenevski rayonunun cənub-şərqində döyüşlə sıxışdırılır.
Rəylər