"İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin komandanı, general İsmayıl Kaani İsrail üçün casusluq edib".
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə Ərəb İslam Şurasının baş katibi Seyid Məhəmmədəli əl-Hüseyni "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində deyib.
"İsmayıl Kaani müqavimətə xəyanət edən, Həsən Nəsrullahdan Qasım Süleymaniyə, İsmayıl Haniyəyə və digərlərinə qədər onun yanında olanların hamısını satan bir sionist casusdur", - deyə Seyid Məhəmmədəli əl-Hüseyni bildirib.
Baş katibin sözlərinə görə, Həsən Nəsrullaha Kaaninin satqın olduğu və onun tərəfindən öldürülə biləcəyi barədə xəbərdarlıq edib, bundan bir neçə gün sonra "Hizbullah" liderinə sui-qəsd olub.
Xatırladaq ki, sentyabrın 27-də İsrailin Beyrutun cənubuna endirdiyi hava zərbələrindən sonra İsmayıl Kaani ilə əlaqə kəsilib. Bəzi mənbələr onun zərbələr nəticəsində öldürüldüyünü, digərləri isə İranda ev dustağı olduğunu, Nəsrullahın öldürülməsinə görə dindirildiyini bildirsələr də, bunların heç biri rəsmi şəkildə təsdiqini tapmayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin komandanı, general İsmayıl Kaani infarkt keçirib. O, xəstəxanaya yerləşdirilib.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə "Sky News Arabia" iranlı mənbələrə istinadla xəbər yayıb.
Bildirilir ki, "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsindən sonra İsraillə əlaqəsi araşdırılan İ.Kaani istintaq çərçivəsində dindirilərkən ürəyi tutub.
Bundan əvvəl xəbər verilmişdi ki, o, İsrailin Livana hücumunda yaralanmayıb, ancaq təhlükəsizlik pozuntuları ilə bağlı istintaq altındadır və sorğu-sual edilir.
Rəylər