Türkiyənin Bursa şəhərinin Uludağ bölgəsində sakinlərdən biri ayının hücumundan son anda xilas olub.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, ac qalan ayı Uludağın Sarıalan ərazisinə enib və zibil qablarını yıxaraq yemək axtarmağa başlayıb. Bu zaman orada olan insanlarla qarşılaşıb və onlara hücum etmək istəyib.
Lakin bu əsnada itlər hürməyə başlayıb və ayı qorxaraq uzaqlaşıb. Daha sonra ayı gəldiyi meşəyə doğru gedərək gözdən itib.
Görüntüləri çəkən şəxs itlər sayəsində son anda ayının hücumundan xilas olub. Hadisə anbaan kameraya əks olunub.
Rəylər