İtaliyanın "Ferrari" şirkəti saxta mallarla mübarizənin sərtləşdirilməsi barədə məlumat verib.
Belə ki, 2023-cü ildə 400 minə yaxın qeyri-orijinal məhsul məhv edilib. Söhbət 100 min geyim, 61 minə yaxın qol saatı, 17 min cüt ayaqqabı, onminlərlə ətir, soyuducu və üç avtomobildən gedir. Avtomobillərdən biri "360 Modena" modelinin saxta versiyası olub.
"Saxta məhsullar getdikcə daha ciddi xarakter alır. Kuzov hazırlamaq üçün orijinal "Ferrari" şassisindən istifadə edənlər var. Bəzi avtomobillər o qədər yaxşı hazırlanır ki, onlar hərraca çıxarılır. Lakin bizim məqsədimiz həmişə bir olub: Saxta məhsulları bazardan çıxarmaq kifayət deyil, biz onların məhv edilməsini istəyirik", - "Ferrari"nin hüquq müşaviri Karlo Daneo bildirib.
Mənbə: championat.com
Rəylər