Futbol üzrə olimpiya turnirinin 1/4 final matçından sonra Fransa və Argentina yığmalarının futbolçuları arasında dava düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "RMC Sport" agentliyi məlumat yayıb.
Görüş avqustun 2-də Bordoda baş tutub və fransızların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmadan sonra hər iki komandanın bir neçə futbolçusu arasında əlbəyaxa dava düşüb. Bəzi futbolçular tribuna sahəsində mübarizəni davam etdiriblər.
Xatırladaq ki, iyulun 15-nə keçən gecə baş tutan və argentinalıların Kolumbiyaya qalib gəldikləri (1:0, əlavə vaxt) Amerika Kubokunun finalından sonra qalib komandanın oyunçuları sosial şəbəkələrdə Fransa millisinin futbolçularının ünvanına irqi təhqirlər səsləndirilən mahnının ifa olunduğu video paylaşıblar. Beynəlxalq Futbol Federasiyası insidentlə bağlı araşdırma apardığını açıqlayıb. Videonu yayımlayan Argentina milli komandasının yarımmüdafiəçisi Enzo Fernandes. Onun oynadığı İngiltərənin "Çelsi" klubu oyunçunun hərəkətini pisləyib.
Qeyd edək ki, yarımfinalda Fransa yığması Misir komandası ilə qarşılaşacaq. Digər yarımfinal oyununda ispanlar mərakeşlilərlə qarşılaşacaq.
Rəylər