Paris-2024 Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi yarışlarında növbəti günün püşkatması keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycanın daha iki pəhləvanının rəqibləri bəlli olub.
Həsrət Cəfərov (67 kq) Misiri təmsil edən Məhəmməd Əs-Sayedlə qarşılaşacaq. Rafiq Hüseynov (87 kq) isə macarıstanlı David Loşontsi ilə üz-üzə gələcək. Hər iki idmançımız mübarizəyə 1/8 finaldan qoşulacaq.
7 avqust
Yunan-Roma güləşi
67 kq
Həsrət Cəfərov - Məhəmməd Əs-Sayed (Misir)
87 kq
Rafiq Hüseynov - David Loşontsi (Macarıstan)
Qeyd edək ki, olimpiadanın yunan-Roma güləşi yarışlarının arxada qalan hissəsində Murad Məmmədov (60 kq), Sənan Süleymanov (77 kq) və Sabah Şəriəti (120 kq) xalça üzərinə çıxıblar. Murad ilk görüşdə uduzsa da, Sənan yarımfinala yüksəlib, Sabah isə bürünc uğrunda qarşılaşmaya çıxacaq.
Rəylər