Livanın "Hizbullah" hərəkatının keçmiş rəhbəri Həsən Nəsrullah müvəqqəti olaraq məxfi yerdə dəfn edilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Sky News Arabia" telekanalı təşkilata yaxın mənbəyə istinadla xəbər verib.
"Həsən Nəsrullah ümumxalq dəfn mərasiminin keçirilməsi üçün uyğun şərait yaranana qədər müvəqqəti olaraq gizli yerdə dəfn edilib", - deyə mənbə bildirib.
Onun sözlərinə görə, bu qərar H.Nəsrullahın dəfn mərasiminin İsrail hava hücumunun hədəfinə çevrilə biləcəyi təhlükəsi üzündən qəbul edilib.
Xatırladaq ki, Həsən Nəsrullah sentyabrın 27-də İsrailin Beyruta endirdiyi aviazərbə nəticəsində həlak olub.
Livanın "Hizbullah" hərəkatının keçmiş rəhbəri Həsən Nəsrullah müvəqqəti olaraq məxfi yerdə dəfn edilib.
Rəylər