Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
AZAL-dan "Uçuran Cümə" kampaniyası: Aviabiletlərə 30%-dək endirim
Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlər üçün səyahətləri daha əlçatan etmək məqsədilə "Uçuran Cümə" kampaniyasına start verib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
26 noyabr-1 dekabr tarixlərində sərnişinlər AZAL-ın 50-dən çox istiqaməti üzrə aviabiletləri 30%-dək endirimlə əldə edə biləcəklər. Təklif 2024-cü il noyabrın 30-dan 2025-ci il aprelin 30-na kimi həyata keçirilən reyslərə şamil olunur.
Endirim kampaniyası müntəzəm beynəlxalq uçuşların ekonom büdcə, premium ekonom və biznes tarifləri üçün keçərlidir, lakin vergi və yığımlara tətbiq edilmir.
Qeyd edək ki, kampaniya yüksək tələbat dövrlərini, həmçinin kodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimli biletlərin sayı məhduddur.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. Mobil tətbiqi yükləmək üçün linkə keçid edə bilərsiniz: https://bit.ly/azal-app
AZAL ilə xoş uçuşlar və unudulmaz səyahət arzulayırıq!
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Heydər Əliyev Beynəlxalq Aeroportu COP29 çərçivəsində "Azaltma" sertifikatı əldə edib
- AZAL və "CarbonClick" aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
- AZAL Bakıdan Maldiv adalarına ilk uçuşunu həyata keçirib
- Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi yaradılıb
- Azərbaycan Ekologiya Nazirliyi və "AZCHEMCO"nun innovativ layihəsi COP29-da təqdimata hazırdır
Rəylər