Rusiyanın "An-2" təyyarəsi Şimali Osetiyada sərt eniş edib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Respublika Baş İdarəsindən məlumat verilib.
Məlumata görə, təyyarənin göyərtəsində ikisi uşaq olmaqla 12 nəfər olub.
"Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Şimali Osetiyanın Priqorodnı vilayətində təyyarənin sərt eniş etdiyi yerdə işləyirlər. Mövcud məlumata görə, onun göyərtəsində on paraşütçü və iki uşaq olub", - deyə məlumatda bildirilir.
Qeyd edilib ki, təyyarənin pilotu müstəqil olaraq xilasetmə xidməti ilə əlaqə saxlayıb və baş verənlər barədə danışıb. O, eniş yerini dəqiq izah edə bilməyib. Axtarış yerinə daha bir təyyarə göndərilib və təyyarənin Mayramadağ və Koban kəndləri arasında olduğu dəqiqləşdirilib.
Hadisə nəticəsində ölənlərin olmadığı bildirilib.
Rəylər