Rusiya Daxili İşlər Nazirliyi miqrasiya qanunvericiliyinin sərtləşdirilməsi təklifləri ilə hökumətə qanun layihəsi göndərib.
Bu barədə qurumun nümayəndəsi İrina Volk özünün “Telegram” kanalında bildirib.
Sənəd Rusiyaya daxil olan əcnəbilər üçün biometrik identifikasiyanın tətbiqini nəzərdə tutur, həmçinin ölkədə qalma müddətini il ərzində 90 günə qədər azaldır. Hazırda altı ay ərzində 90 gündür.
Sənəddə əcnəbi işçi qüvvəsini cəlb edən işəgötürənlər, iş və ya xidmətlərin sifarişçiləri üzərində nəzarətin gücləndirilməsi, dövlət orqanlarına, təşkilatlarına, fiziki və hüquqi şəxslərə miqrasiya qanunvericiliyini pozanlara hər hansı xidmət göstərməsinə qadağa qoyulması, habelə Rusiyaya daxil olarkən biometrik fərdi identifikasiya, əcnəbinin rəqəmsal profili, xarici vətəndaşların müəyyən kateqoriyaları üçün Rusiyada nəzarət edilən qalma rejimi, qanunsuz miqrantların hüquqlarının məhkəmədənkənar məhdudlaşdırılması və digər tədbirlər nəzərdə tutulur.
Həmçinin “loyallıq müqaviləsi”nə də baxılır. Əcnəbilərdən qanun pozuntusu halında Rusiyaya daxil olmaq, ölkədə qalmaq və yaşamaq hüququnun mümkün məhdudlaşdırılması ilə bağlı razılıq imzalaması tələb olunacaq.
Mənbə: RBK
Rəylər